Ağlamaq və qışqırmaq
Əgər körpəniz ağlayırsa nə eləmək lazımdır?
Əgər sizin uşağınız ağlayırsa, ilk reaksiya olaraq onu qucağınıza götürün və ya sakitləşdirmək üçün onun yatağının yanında oturun. Siz instinktiv olaraq hər şeyi düzgün eləyirsiz! Ağlamaq sizin uşağınızın özünü pis hiss etməyinə işarədir. Əslində uşağınız ağlamaqla əmin olmaq istəyir ki, siz onun yanındasız və o, tək deyil.
Ağlayan uşağa necə kömək etmək lazımdır?
- Körpə acdır və hətta qucaqda qısa müddətdə sakitləşir. Əgər son qidalanmadan 2 saatdan çox keçibsə, körpəni döşə qoyun və ya şüşə qab ilə qidalandırın. Əgər siz onu yalnız bir saat əvvəl doyunca qidalandırmısızsa, ağlamağı çətin ki, aclıq ilə izah oluna bilər. Yaxşı olar ki, körpəni gəyirmə üçün qaldırmağa cəhd edəsiniz və növbəti qidalanmanın vaxtını gecikdirməyin. Əgər qidalanma arası məsafələr çox azdırsa, körpənin mədəsi əvvəlki qidadan azad olmur və bu zaman uşağınız daha çox ağlayır.
- Körpənin ağlamağının səbəbi köp də ola bilər. Körpənin mədəsində hava toplanır və uşaq əvvləki qidalanma zamanı kifayət qədər gəyirməyibsə, o zaman qazlar formalaşır. Buna görə ehtiyat üçün körpəni qaldırın ki, o, bir daha gəyirə bilsin. Bəzən körpəni sadəcə silkələmək, və ya onun qarını saat istiqamətində dairəvi hərəkət ilə yüngül massaj eləmək kömək edir. Bu bağırsaqda havanın dağılmasına köməklik edəcək, çünki körpə onlardan özü azad ola bilmir. Köpün qarşısını almaq üçün südlü turşularla bağırsaq florasının kolonizasiyası kömək edə bilər. Bu cür yardım haqqında ətraflı məlumata aşağıda baxın.
Siz HİPP-in razyana çayını şüşə qabda hazırlaya bilərsiz. Əgər yaxşılaşma yoxdursa, uşaq həkiminizə müraciət edin. Ola bilsin ki, o, Sizə HİPP Comfort müalicəvi qarışığa keçmənizi məsləhət görəcək.
- Yoxlayın! Uşağınızın bezi yaş deyilmi və ya dərisi iltihablaşmayıb?
- Bəlkə sizin körpə ona soyuq olduğu üçün ağlayır. Uşaqlar soyuğa çox həssasdırlar. Yatağı yatmazdan əvvəl qızdırmaq üçün xüsusi uşaq örtüyün içində isidicidən istifadə edin. Mütləq nəzarət edin ki, isti suyun axını və isidici çox qaynar olmasın! Körpəni yatağa qoyan zaman isidicini yataqdan çıxartmağı unutmayın.
- Körpələrə çox isti olanda da ağlayırlar. Körpənizin ənsə nahiyyəsi tərləyibsə, onun geyiminə nəzarət edin. Körpənizə təbii liflərdən, yaxşı istilik mübadiləsini təmin edən optimal geyim geyindirin. Körpə üçün belə paltar nə çox isti, nə də çox soyuq deyil. Yun gödəkçələr və papaqlar yalnız küçədə sərin və küləkli havada gəzinti üçün tələb olunur.