Mənim körpəmdə qəbizlik olur
Körpənin nəcisi adətən gün ərzində 2-3 dəfə baş verir. Bəzi körpələr öz bağırsağını gündə bir neçə dəfə boşaldırlar, digərləri isə beş gündən bir. Əgər körpənin nəcisi bərkdirsə və həftədə bir dəfə olursa, o zaman qəbizlik haqqında danışmaq olar.
Qeyd: Əgər Sizin körpənizdə həzmlə əlaqədar narahatlıq varsa, uşaq həkiminizlə məsləhətləşin.
Südlü qarışıqla qidalanma zamanı qəbizlik
Əgər südlü qarışıqla qidalanma zamanı qəbizlik qeyd olunursa, quru qarışığın və mayenin düzgün miqdarda istifadə edilməsini yoxlayın. Əgər körpəniz qəbizliyə meyllidirsə, bizim HİPP Combiotik qarışığına keçin. Bu qarışığın tərkibində vacib diyetik liflər var (laktozadan QOS). Bu diyetik liflər nəcisin yumşalmasına kömək edir.
Ana südünün tərkibində təbii diyetik liflər var- bu səbəbdən də döşlə qidalanan körpələrlə müqayisədə südlü qarışıqla qidalanan uşaqlarda daha çox yumşaq nəcis qeyd olunur.
Sizin körpənizə uşaq üçün idman xeyirli olacaq, o həzmi rahatlaşdırır və stimullaşdırır. Tez-tez qarın masajı edin.
Əlavə qidalanmanı qəbul edərkən qəbizlik
Əlavə qidalanmaya keçərkən nəcis daha bərk olur və körpəniz bir qədər güc veririsə, bu normal hesab olunur. Əgər uşağınız ağlamırsa narahatçılığa hec bir səbəb yoxdur.
Adətən həzm sistemi yeni qidaya uyğunlaşanda nəcis düzəlir.