Balıq da körpəyə faydalıdır!
Balıq qiymətli qida məhsuludur. Siz müntəzəm olaraq balıq yeməlisinz, çünki o qida maddələrin mənbəyidir. Dəniz balığı qalxanvari vəzin funksiyası üçün əvəzolunmaz olan yodla zəngindir. Buna görə də yod körpələrə həyatı vacibdir və onların inkişafı üçün lazımdır. Qızıl balığın tərkibində beyin və sinir sisteminin hüceyrələri üçün vacib olan qiymətli Omega-3 polidoymamış yağ turşuları var. Yemək vərdişləri erkən yaşda meydana çıxır və uşaq sağlam yeməyə,xüsusilə də balığa vərdiş olunmalıdr.
Allergiyaya meylli olan uşaqları müvafiq yaşa çatan kimi balıq ilə yedizdirmək olar. Çünki allergiyaya meylli olan və allergiyaya meylli olmayan uşaqlara əlavə qidalanmanın tərkibinin tövsiyələri eynidir. Belə bir fikir var ki, həyatın ilk ili ərzində balıq yemək profilaktik təsir göstərir və allergiyanın qarşısını alır.
Siz yəgin HİPPin menyusunda olan balığın mənşəyi ilə maraqlanırsız.
İstifadə etdiyimiz qızılbalığı biz balıqçılıq təsərrüfatlarından alırıq. Seçilmiş regionlarda yerləşiən dəniz balığı dəniz plantasiyalarında yetişdirilir. Dəniz idarəçilər şurasının qaydalarına uyğun balıq tutulur və sertifikatlaşıdrılır. Beləliklə, biz HİPP şirkəti məsuliyyətli balıqçılığın zəmanətini təmin edirik, balıq ehtiyaclarının qorunmasına yardım göstəririrk.
Balığın işlənməsi o, tutulandan sonra dərhal həyata keçirilir. Sonra balıq dondurulur, yenidən işlənilir. Balıq qablaşdırmazdan əvvəl bizim laboratoriyanın sınağından hərtərəfli olaraq keçir.