Qidalanma planı
HİPP-in qida rasionu nutrisiologiya və pediatriyanın bilik sahəsinə, həmçinin bizim uzun illik təcrübəmizə əsaslanır. Buna görə biz Sizə yemək planına riayət etməyi tövsiyə edirik. Qida rasionunda göstərilən göstəricilər- təxmini göstəricilərdir. Körpənin iştahında olan dəyişikliklər tamamıilə normal haldır. Körpənizin iştahı yoxdursa, onu sona qədər yeməyə məcbur etməyin.
Ana südü- körpəniz üçün ən yaxşı qidadır.
Əgər hər hansı bir səbəbə görə döşlə qidalanma qeyri-mümkündürsə, HİPP-in südlü qarışıqları körpələrin xüsusi ehtiyaclarına uyğun olaraq yaradılmışdır və ya HİPP HA yüksək allergiya riski ilə tövsiyə olunur.
*Əlavə qidalanmanı 4 ayından 6-cı ayına qədər verməyə başlayın.
Həmçin rasionun müxtəlifliyinə nəzarət edin.
Allergiya riski olan körpələrin qidası
- Allergiya inkişafının riskinə görə körpələr üçün qidalanma haqqında daha ətraflı məlumatı burada tapa bilərsiniz.
- İlk gündən - ana südü və ya HİPP HA 1 COMBIOTIC® hipoallergen qarışıq.
- Əlavə qidalanmanı 4 ayından 6 aya qədər verməyə başlayın. Əlavə qidalanmanı daha gec verilməsi allergiya problemlərinin qarşısını almayacaq.
- Əlavə qidalanmanı körpənin rasionuna tədricən verilməsi vacibdir. Beləliklə, körpəniz yeni qidaya addım-addım öyrənəcək və Siz uşağınızın yeni məhsulları necə mənimsəməsinə nəzarət edə bilərsiz.
- 6 ayından HİPP HA 1COMBIOTICdən HİPP HA 2 COMBIOTIC süd qarışığına keçmək olar. Həmişə körpənizin qida planı haqqında uşaq həkiminizlə məsləhətləşin.