Gecə körpəni qidalandırmaq lazımdırmı?
Hər uşağın fərdi yuxu və qida ritmi, eləcə də fərdi ehtiyacı var. Yenidoğulmuşlarda həyatının ilk həftələrində gecə-gündüzü ayırmaq qabiliyyəti inkişaf etməyib. Uşaq hələ uzun müddət qidasız qalmağa vərdiş etməyib. Çünki, o ana bətnində istənilən vaxt –gecə və ya gündüz aclığı təmin edə bilirdi. Buna görə də ən azı ilk həftələrdə o, gecə qidalanmaq üçün sizi şübhəsiz oyadacaq.
Əgər siz körpənizi südlü qarışıqlarla qidalandırırsızsa onda öz yükünüzü azaldın və gecə qidalandırmalarına öz həyat yoldaşınızla növbə ilə ayağa durun. Əgər Siz gecə südü sağıb soyuducuda saxlayacaqsızsa ( +4°C +6°C, 2 gün çox olmasın və qapalı şəkildə), bu da mümükündür.
Üç aydan sonra artıq körpə uzun müddət qida olmadan qala bilər, buna görə onun gecə yuxusu gündüz yuxusundan daha uzunmüddətli ola bilər. Təxminən 6 ayından başlayaraq, uşaqların gecə qidalanmasına ehtiyacı yoxdur, çünki bu yaşda sağlam uşaqda aclıq və toxluq ritmi gündüz gedib gəlir.
Yuxudan əvvəl-südlü sıyıq
Gecə qidalanması üçün südlü sıyıq südlü qarışıqdan daha doyumludur. HİPP-in tez həll olunan südlü sıyıqları, məsələn, HİPP –in “Gecəniz Xeyrə qalsın” südlü desertləri buna misal ola bilər. Siz südlü qidanı əvvəl şüşə qabdan, sonra isə fincandan verə bilərsiz. Aydındır ki, əlavə qidalanmanın tətbiqi ilə körpə qaşıqdan istifadə etməyə uyğunlaşmalıdır və onun rasionunda kifayət qədər bərk qida olmalıdır.
HiPP-in "Gecəniz xeyrə qalsın" sıyıqlarını Burada tapa bilərsiz.
Gecə qidalanmanı kəsmək
Gecə qidalanması vərdiş ola bilər və sizin körpəniz onunla könülsüz vidalaşa bilər. Əgər sizin körpə gecə oyanmağa davam edirsə, ona çay və ya qaynadılmış su təklif edin. Lakin qidalandırmayın. Gecə qidalanma hətta fasiləsiz yuxuya mane ola bilər və ilk dişləri zədələyə bilər, çünki gecə qida qəbulundan sonra adətən dişlər təmizlənilmir. Körpənizi gecə qidalanmasından kəsmək üçün sizə vaxt tələb olunacaq, lakin nəticədə məqsədinizə nail olacaqsız!