Körpənizin yuxusu üçün təhlükəsiz vəziyyət
Həyatının ilk ilində nadir hallarda qəfil uşaq ölümü sindromu baş verə bilər. Sevindirici haldır ki, bunun qarşısını almaq üçün effektiv imkanlar var: yuxu zamanı sağlam mühit. Sadə tədbirlərlə körpəniz üçün riski azaltmağa kömək edəcək. Növbəti tövsiyələr elmi olaraq sübut olunub və praktikada özünü göstərib.
Kürək üzərində yatmaq
Həyatının ilk günündən körpəniz eyni zamanda gün ərzində kürəyində yatmalıdır, bu yuxunun təhlükəsizliyi üçün ən mühüm tədbirdir. Bu qəfil uşaq ölümü sindromunun riskini 50% azaldır.
Körpənin kürək mövqeyində qusma ilə boğula bilmə və təhlükəsiz yuxuya mane olma narahatçılığı ekspertlərin fikrinə görə tamamilə əsassızdır.
Əgər sizin körpəniz oyaqdırsa, onu qarın üstə qoymaq mümkündür. O, öz başını qaldırmağı öyrənəcək. Körpəniz qarnı üzərinə öz gücü ilə dönməyi öyrənən zaman, Siz onu bu vəziyyətdə qoyub tərk edə bilərsiz. Bu mövqedə qəfil uşaq ölümü sindromun riski qeyri mümkündür.
Yorğanın əvəzinə yataq çantası
Körpə uşaq üçün ölçüyə uyğun yataq çantasını ayaqları ilə atmaz və başına çəkməz. Uşağın çarpayına yastıq və yorğan qoymayın. Bu vacibdir, çünki o, başını yastığa basdırıb özünü təhlükəyə sala bilər.
Çantanın düzgün ölçünü çox sadə şəkildə hesablamaq olar: körpənin boyu üstə gəl 10-15 sm hərtərəfə. Yataq çantasının boynu körpənin başının həcmindən böyük olmamalıdır. Bu gün bazarda hətta yenidoğulmuş üçün yataq çantası var.
İsinməyə qarşı müdafiə
Qış vaxtı yataq otağının hərarətinin 18°C-dən yüksək olmamasına nəzarət edin. Körpənizin əlləri və ayaqları sərin ola bilər, bu o demək deyil ki, uşağınız donur.
Körpənizə bez, bodi, pijama və yataq çantası kifayətdir, yay vaxtı otağın temperaturu yüksək olan zaman isə daha az geyim lazımdır. Əgər körpəniz ənsə nahiyyəsindən tərləyirsə, deməli otağın havasının hərarəti çox yüksəkdir. Körpənizə yatmaq üçün papaq geyindirməyin, çünki başı açıq olan zaman o, bədəninin temperaturunu daha yaxşı tənzimləyir. Qızdırıcılardan yalnız beşikləri öncədən isitmək üçün istifadə etməyə icazə verilir. Yuxu zamanı onlara ehtiyac yoxdur, üstəlik onlar təhlükəlidir. Qoyunun dərisi və ya ona oxşar hər hansı bir əşyaları da körpənin yatağına qoymayın.
Siqaret tüstüsü zərərlidir
Körpənin ətrafında siqaret şəkmək xəstəliklərin inkişaf və həmçin qəfil uşaq ölümü sindromu riskini artırır. Xahiş olunur yaşayış otaqlarında və həmçinin körpənin yanında siqaret çəkməyəsiniz.
Valideynlərin yataq otağında beşik
Həyatının ilk ilində körpə öz beşiyində sizin yataq otağınızda yatmalıdır.
Beşik üçün avadanlıq:
- kifayət qədər bərk, havakeçən döşək
- yastıqsız
- yumşaq oyuncaqlar (xəzsiz)
Ana südü ilə qidalanma Sizin körpənizin sağlamlığıdır.
Ana südü ilə qidalanan uşaqlarda qəfil ölüm sindromu riski aşağıdır. Əgər mümkündürsə, körpənizi 4-6 aya qədər ana südü ilə qidalandırın. O, uşağın orqanizmini və immun sistemini möhkəmləndirir.