Mənim körpəm nə qədər yatmalıdır?
Hər körpənin fərdi yuxu və qidalanma ritmi, eləcə də onlara fərdi ehtiyacı var. Lakin yenidoğulmuşlarda həyatının ilk həftələrində gecə-gündüzü ayırmaq qabiliyyəti hələ inkişaf etməyib. Bu uşaqlar erkən oyanmadan yatırlar. Digər uşaqlar aylar ərzində qidaya və yuxuya tamamilə günün və gecənin fərqli vaxtlarında ehtiyac duyurlar. Onlara valideynlərin dəstəyi lazımdır. Çünki onlarda sistematik və ya bütün ailəyə uyğun olan bioritm inkişaf etməyib.
Sabit, sakit gündəlik cədvəl, müntəzəm yemək, yuxulamaq və digər fəaliyyətlərə , məsələn, gəzintilərə və mərasimlərə riayət etmək vacibdir.
Həyatının ilk həftəsində
Həyatının ilk həftəsində körpəniz sanki bütün günü yatır. Əslində isə yenidoğulmuşlar sutka ərzində 18 saata qədər yatırlar.Ən çox 4 saatdan bir yuxu ayıq vaxtla dəyişilir, bu zaman körpəni qidalandıra, bələyə və onunla oynaya bilərsiz.
Həyatının ilk 4-6 ayında
Həyatını ilk 4-6 ayında körpə gecə və gündüzü fərqləndirməyi öyrənir. Uşaqlar bu bacarıqla doğulmurlar, onların daxili saatlında doğulandan sonra düzəliş olur. Ailənin gündəlik cədvəli buna istiqamət ola bilər. Zamanla tez-tez qısa müddətli yuxu daha uzun yuxu ilə əvəz olunacaq. Eyni zamanda ayıq vaxtlar tədricən daha uzun müddətli olacaq.
6 ayından 12 aya qədər
6 ayından 12 aya qədər uşaqların çoxu gecə 11 saat və gün ərzində 2 dəfə 1-1,5 saat yatır. Daha uzunmüddətli günorta yuxusu tövsiyə olunmur, çünki körpənizin gecə yuxusu pozula bilər.
Bəzi valideynlər körpənin orqanizmi üçün yuxunun vacib olduğunu nəzərə alaraq körpələrini yuxudan könülsüz oyadırlar. Lakin günorta çox yatan körpələrin sağlam bioritminin pozulmaması üçün onu yavaş-yavaş oyatmaq lazımdır. Qoy sonra körpəniz bir qədər narahat olsun, əks təqdirdə o, gecəni oyaq qalıb Sizdən diqqət tələb edəcək. Körpənizin gündüz oyaq qalma mərhələsi gecə yuxusundan 4-5 saat əvvəl olmalıdır. Bu körpənizə axşam asan yuxulamağa və gecəni möhkəm yatmağa kömək edəcək.
Həyatının ikinci ilində
Həyatının ikinci ilində uşaqlara sutkada 12 saat yatmaq lazımdır. Əgər 11 saat gecəyə düşürsə, onda gündüz istirahətə vaxt qalır. Bəzi uşaqlar 10 ayından gündüz bir dəfə yatırlar. Digərləri isə bu yeniliyə 1,5 yaşına qədər tələsmirlər.
Həyatının üçüncü ilində
Uşaq nə qədər böyükdürsə, ona bir o qədər az yuxu lazımdır. Həyatının üçüncü ilində uşaqlar yalnız 12 saat yatırlar. Çoxusu gündüz yuxusundan imtina edir, bəziləri bu vərdişi uşaq bağçasına qədər saxlayırlar.
Müəyyən yaş qrupları üçün göstərişlər
Aşağıdaki müəyyən yaş qrupları üçün göstərişlər nisbidir, lakin yuxuya təlabat uşaqdan uşağa dəyişir. 1-2 saat ərzində dəyişiklik həyacanlanmaq üçün heç bir səbəb deyil. Bəzi uşaqlara daha az yatmaq lazımdır.
Yaş | Sizin körpənizə belə yuxu müddəti lazımdır |
Yenidoğulmuş | 16-20 saat |
3 həftə | 16-18 saat |
6 həftə | 15-16 saat |
4 ayında | 9-12 saat gecə üstə gəl 2 dəfə gündüz yuxusu (hər dəfə2-3 saat) |
6 ayında | 11 saat gecə yuxusu və 2 dəfə gündüz yuxusu (1-1,5 saat) |