Yuxudan əvvəl düzgün qidalanma
Hansı valideyn uşağının yaxşı yatmasını arzulamaz. Sakit və dərin yuxu körpənin boyu və sağlam inkişafı üçün vacibdir, eləcə də analar və atalar üçün də az əhəmiyyətli deyil. Körpənin asanlıqla yuxuya getməsi və bütün gecəni sakit yatmasında sakitləşdirici axşam hərəkətləri, yuxu zamanı düzgün mühit ilə birlikdə doyumlu və yaxşı mənimsənilən qidanın axşam qəbulu mühüm rol oynayır, bu balaca mədədə heç bir ağırlıq hissi yaratmır. Aydındır ki, axşam sıyığı şəkərsiz olmalıdır.
Uşaq qidası üzrə Elmi Tədqiqat İnstitutu tövsiyə edir ki, 4-6 ayından sonra süd ilə qidalanma tədricən əlavə qidalanma ilə əvəz olunsun. Bu zaman bir çox valideynlərdə sual yaranır: ”axşam qidalanması üçün hansı sıyıq uyğundur.”
Hansı qida asan mənimsənilir, yaxşı və doyumludur, uzun müddət uşağı rahat və dərin yuxu ilə təmin edir?
Axşam qidalanma üçün ənənəvi olaraq südlü-dənli sıyıq tövsiyə edilir. Sıyığın tərkibində olan asan mənimsənilən zülal südü xüsusilə qiymətli edir. Zərif yarma lopaları orqanizmi enerji ilə təmin edir. Tam dənli lopalar uzun müddət ərzində orqanizmdə enerjinin saxlanılmasının qayğısına qalır. Bunun sayəsində körpə sakit yatır və aclıq hissi onu narahat etmir.
Günü yaxşı bitirməyin və yuxuya getməyin ən yaxşı yolu:
Axşam yeməyi vaxtı körpə çox yorğun olmamalıdır ki, qidanı yeyə bilsin. Onu doyunca qidalandırmaq üçün kifayət qədər vaxtınız olmalıdır. Axşamınızı elə planlaşdırın ki, axşam yeməkdən sonra uşağa həsr etmək üçün vaxtınız qalsın.
HİPP “Gecəniz xeyrə qalsın” sıyıqlarının hansı növlərini təklif edir?
HİPP “Gecəniz xeyrə qalsın” sıyıqlarının hansı növlərini təklif edir?
Anaların arzularını nəzərə alaraq HİPP „Gecəniz xeyrə qalsın“ şüşə qabda südlü desertlər xətti inkişaf etdirib. Onun tərkibində olan süd Sizin körpənizin orqanizmini qiymətli, lazım olan miqdarda zülalla təmin edir və zərif tamdənli lopalar onun uzun müddətli doyumlu olmasının qayğısına qalır.