„İki nəfər üçün” yemək?
Qadın hamiləlik zamanı böyük çətinliklərlə üzləşir.
Qadın hamiləliyin 40 həftəsi ərzində böyük çətinliklərlə üzləşir və o, bu çətinliklərin öhdəsindən gəlməlidir. Uşaq ana bətnində göbək güdülü vasitəsi ilə qidalanır və o, daima qidalı maddələrlə təmin olunmalıdır. Bir sözlə, orqanizm fövqəladə vəziyyətdə saxlanılır və tam sürətlə çalışır. Məhz indi sağlam qidalanma da profilaktik müayinə və təmiz havada gəzmək qədər əhəmiyyətlidir.
Qidalı maddələrin kifayət qədər miqdarı son dərəcədə vacibdir.
Körpəyə lazım olan qidalı maddələri o, ananın qan dövranı sistemindən, lazım gələrsə, onun ehtiyatlarından da alır. Fol turşusu, yod, dəmir və digər qidalı maddələr onun mənəvi və fiziki inkişafına kömək edir. Əgər ehtiyatlar kifayət qədərdirsə, uşaq inkişaf edir və ana özünü yaxşı hiss edir. Beləliklə, yaxşı qidalanma ana və uşaq üçün eyni dərəcədə faydalıdır.
Nəzərə alın ki, döşlə qidalandıran zaman ananın orqanizminə tələbləri çoxdur, buna görə bu dövrdə balanslaşdırılmış qidalanmanın və kifayət qədər qidalı maddələrin orqanizmə daxil olmasına nəzarət etmək lazımdır.
Köhnə qayda olan ana „iki nəfər üçün yeməlidir“ fikri səhvdir.
Köhnə qayda olan ana „iki nəfərin əvəzinə yeməlidir“ fikri səhvdir. Çünki hamiləliyin ilk üç ayı ərzində qadına əlavə enerji lazım deyil. Yalnız sonra, dördüncü aydan başlayaraq, gündəlik rasionu bir əlavə müsli porsiyası və ya bir sendviçə uyğun olan təxminən 250 kkal artırmaq olar.
Düzgün qidalanma qaydasının öhdəsindən necə gəlmək olar? Bütün məhsullar qidanın tərkibindən asılıdır. Bu o deməkdir ki, bir tərəfdən qida orqanizmə mümkün qədər çox müxtəlif vitaminlər və mineral maddələr, digər tərəfdən mümkün qədər az kalori verməlidir. Unutmayın ki, əsas keyfiyyətdir, kəmiyyət deyil.
Bu baxımdan ekspertlər qidanın yüksək keyfiyyətinə dəyər verirlər və əgər sadəcə gündəlik təzə meyvə, tərəvəz, yaşıl salat, kartof, tamdənli məhsullar, yağsız südlü məhsullar, üstəlik orqanizmi daima Omega-3 yağ turşuları ilə təmin edən dəniz balığı, bəzən yağsız ət hamiləlik zamanı qida rasioununu faydalı edir. Eyni zamanda kifayət qədər maye içmək vacibdir.
Hətta şüurlu qidalanma zamanı orqanizmin müəyyən qidalı maddələrə təlabatı tam qane edilə bilməz. Belə ki,hamiləlik zamanı fol turşusunun, yodun, həmçin uzunzəncirli yağ dokozaheksan turşularının (Omega 3) çatışmazlığı müşahidə olunur.
Buna görə qidalanma üzrə ekspertlər hamiləlik və ana südü ilə qidalanma zamanı hamilə qadınların və qidalandıran anaların tam ehtiyaclarını ödəmək üçün qida əlavələri tövsiyə edirlər.
Bu mövzu ilə əlaqədar qinekoloqunuza müraciət edin.
Az-az və tez-tez yemək daha yaxşıdır.
Həmişəki kimi deyil, daha yaxşı qidalanın. İştahanız varsa, istədiyiniz kimi qidalana bilərsiz, lakin yeməyin qəbulunu gün ərzində düzgün paylaşdırın:
· doyumlu səhər yeməyi
· naharda əsas qidanın qəbulu
· axşam yüngül yemək
. gün ərzində 1-2 dəfə əsas qida qəbulu arasında kiçik qəlyanaltılar
Müəyyən qrup qida məhsullarının istifadəsi üçün tövsiyələr
Meyvə | Tərəvəz | Tam dənli məhsullar | Ət | Balıq | Süd məhsulları | Bitki yağı | |
Fol turşusu | |||||||
B-qrupu Vitaminləri | |||||||
Vitamin C | |||||||
Dəmir |