B12 vitamini
B12 vitamini niyə bu qədər vacibdir?
B12 vitamini qırmızı qan hüceyrələrinin yaranmasını təşkil edir. Bundan başqa, B12 vitamini, eyni zamanda fol turşusu hüceyrələriniin qurulmasında iştirak edir və orqanizmin inkişaf prosesini idarə edir. Buna görə də B12 vitaminin xüsusilə də hamiləlik zamanı, kiçik bir bədənin yaranması və inkişaf etməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Yaxşı B12 viatmini təchizatçıları
B12 vitamini yalnız heyvan mənşəli qidalarda, ciyər, ət, yumurta, süd və pendirdə mövcuddur. Bu səbəbdən də ciddi vegetarian insanlar (ümumiyyətlə heyvan mənşəli qidalar yeməyənlər) bu problemlə üzləşə bilərlər. Rasionunda süd məhsulları və yumurta olan vegetarian insanlar bu problemlə nadir hallarda üzləşirlər.
Digər qida maddələri ilə müqayisədə B12 vitamini kənar təsirlərə qarşı həssasdır və orqanizm yalnız kiçik bir kəmiyyət tələb edir. Lakin bu kifayət qədər vacibdir.
B12 vitamini çatışmazlığı
Laboratoriya şəraitində qanda eritrositlərin azalmasını müşahidə edərək vitaminin çatışmazlığını müəyyən etmək olar. Bundan başqa, yeni sinir hüceyrələrinin yaranmasında problemlər və nevroloji pozuntular yaranır. İlk əlamətlər bunlardır: yorğunluq, solğunluq, ürək döyünməsi və nəfəs darlığı.