B6 vitamini
B6 vitamini niyə bu qədər vacibdir?
B6 vitamini eyni zamanda piridoksin adlanır və bu vitamin də fol turşusu kimi B vitaminləri qrupuna aiddir. Bu qida maddələrimizdən alınan qida proteinlərinin optimal şəkildə istifadə edilməsini təmin edir. Hamilə qadınlarda artan protein təlabatı var və bu da öz növbəsində, B6 vitamininin yüksəlməsini tələb edir. B6 vitamini qanın formalaşmasında iştirak edir. Hamiləlik dövründə qan həcminin bir litrə qədər yaxşı yüksəlməsinin səbəbi qanının formalaşması üçün son dərəcə əhəmiyyətlidir. Bundan əlavə, B6 vitamini sinir sisteminin mühüm funksiyalarını öz üzərinə götürür və sağlam müdafiə sistemini dəstəkləyir.
Yaxşı B6 vitamin təchizatçıları
Balıq və ya ət, taxıl və ya tərəvəzlər – B6 vitamini bir çox qida maddələində mövcuddur. Lobya və banan xüsusilə B6 vitamini ilə zəngindir. Diqqət: B6 vitamini eyni zamanda çox həssasdır. O, suda əriyir və ultra bənövşəyi şüalar onu məhv edə bilir. Buna görə də qidanı tez alın və səliqəli hazırlayın. Təcrübələr göstərir ki, B6 vitaminin çatışmazlığı hamiləliyin son üç ayında nəzərə çarpır. Buna görə də əlavə B6 vitamini qəbul etmək məqsədilə dietik əlavələr tövsiyə olunur.
B6 vitamini çatışmazlığı əlamətləri
Bu vitaminin ciddi catışmazlığı əlamətləri dərinin, sinirlərin, gözlərin zərər görməsi, eyni zamanda qan itirilməsi ilə özünü büruzə verir. Buna görə də B6 vitamininin çatışmazlığı riski aşmamalıdır!