Dəmir sayəsində oksigen
Dəmir niyə bu qədər vacibdir?
Dəmir ananı və uşağı həyati vacib oksigenlə təmin edir. Dəmirin böyük bir hissəsi oksigeni daima ağ ciyərlərdən qana və bütün orqanlara, xüsusilə də beyinə daşımaqla məşğuldur. Hamiləlik zamanı ana uşağa dəmiri ilk dörd ayda bu yolla verir. Yalnız bundan sonra yenidoğulmuş özü dəmir istehsal edir.
Dəmirə təlabat hamiləlikdə iki dəfə artır, xüsusilə də dəmir sonda daha vacibdir, çünki bu zaman uşaq sürətlə böyüyür. Dəmirin düzgün porsiyası həyatın başlanğıcında çox optimaldır.
Ananın xəstəlik pasportuna baxaraq onun dəmir ehtiyatı haqqında məlumat əldə etmək olar. Hemoqlobinin, qırmızı qan hüceyrələrinin səviyyəsi əhəmiyyət kəsb edir. Əgər səviyyə 12 qr/dl (qr%)-dan çoxdurs, dəmirin verilməsi yaxşıdır. 12 qr/dl (qr%)-dan aşağı səviyyədə olması kritik vəziyyət hesab olunur.
Yaxşı qan təchizatçıları
Dəmir, tərəvəzlərdə və heyvan mənşəli qida məmulatlarında var. Lakin bədən heyvan mənşəli qidalarda olan dəmiri daha yaxşı istifadə edir. Buna görə də vegetarian insanlarda (ət yeməyən insanlar) dəmir ehtiyatı ilə əlaqədar problemlər yaranır. Dəmir qəbulunu yaxşılaşdırmaq üçün müxtəlif yollar və vasitələr var: C vitamini dəmiri daha yaxşı istifadə etmək üçün bədənə kömək edir. Belə ki, məsələn, dəmirlə zəngin içkiləri meyvə və meyvə şirələri ilə uyğunlaşdırıb içmək faydalıdır. Beləliklə salatlara limonun sıxılması çox vacibdir.
Lakin dəmirin rəqibi də var: Tannik turşusu dəmirin qəbulunu bloklaşdırır. Bu qara çayda, qəhvədə və qırmızı şərbda mövcuddur.
Yulaf, ət və paxlalılarda çoxlu yaxşı dəmir var. Ərikdə də çoxlu dəmir mövcuddur.
Əvvəllər hesab olunurdu ki, ispanaq dəmirlə çox zəngindir. Bu gün də aydındır ki, ispanaq yaxşı dəmir təchizatçısıdır, amma heç də əvvəllər hesab olunduğu kimi dəmirlə çox zəngin deyil. Yüz qram ispanaqda təxminən 3-4 mq dəmir var.
Dəmir çatışmazlığı əlaməti
Əgər dəmir çatışmırsa, aşağıdakı nəticələri olur: əlamətlər yorğunluqdan baş ağrısınadək, yuxu pozulmasından ürək bulanmaya qədər dəyişir. Ən pis halda anemiya, qanazlığı yaranır.