Tiroid bezi üçün yod
Yod niyə bu qədər vacibdir?
Yod orqanizmin maddələr mübadiləsi üçün çox vacibdir, xüsusilə də tiroid bezi üçün. O, orqanizmdə enerji idarəetməsini, hər şeydən əvvəl isə fiziki və zehni inkişafı tənzimləyir. Və yalnız bu hormonların “yanacaq” kimi yoda ehtiyacı var. Yod çatışmayanda tiroid bezi böyüyür- hətta vizual olaraq bunu görmək olur. Bu məşhur qalxanabənzər vəzi xəstəliyidir.
Hamiləliyin 12-ci həftəsindən tiroid bezi hormonlarının formalaşması başlayır. Bu zaman ananın kifayət qədər yod qəbul etməsi çox vacibdir. Eyni zamanda nəzərə alınmalıdır ki, hamiləlik zamanı ananın yoda əlavə ehtiyacı yaranır.
Yaxşı yod təchizatçıları
Ümumilikdə dənizdən gələn hər şey yodla zəngindir. Treska balığının 200 qr-da və somon balığının 100 qr-da gündəlik təlabatı ödəyəcək 230 mkq yod var. Yodun digər mənbəyi yodlaşdırılmış süfrə duzu hesab olunur. Hamiləlik və laktasiya (süd vermə) zamanı uşağınızın sağlamlığını təmin etmək məqsədilə adekvat olaraq kifayət qədər yod qəbul etməyiniz tövsiyə olunur. Yodla optimal təchizat hədəfli qida əlavələri ilə də mümkündür.
Yod çatışmazlığı əlamətləri
Hamiləlik dövründə yod çatışmazlığı uşağın fiziki və zehni inkişafının zəif olmasına gətirib çıxara bilər. Bununla yanaşı, yod çatışmazlığı uşaqda daha sonralar eşitmə və danışma ilə bağlı problemlər yarada bilər.