Allergiya nədir?
Аllergiya hal-hazırda tez-tez rast gəlinən fenomendir, bu 20-30% yenidoğulmuş körpələri əhatə edə bilər. Allergiyanın simptomları bunlardır: atopik dermatit, dodaqların ətrafında ödemlər, sonra isə astma.
Ana südü öz təbiətinə görə az allergendir. Onun tərkibində faydalı, müdafiə edən maddələr var. Bunlar Sizin uşağınızın immun sistemini möhkəmləndirir.
Buna görə də, allergiyadan əziyyət çəkən ailələrin uşaqları mümkün qədər çox, ən azı 6 ay ana südü ilə qidalandırılmalıdırlar.
Əgər allergiyaya meyilli olan uşaqların döşlə qidalanması bəzi səbəblərdən mümkün deyilsə, onda hipoallergen qida istifadə edə bilərsiz (HA- süd qarışığı).