Mənim uşağım allergiya riskinə məruz qalarmı?
Hesab olunur ki, əgər yaxın qohumlardan kimsə (ata,ana,qardaş, bacı) allergiyadan əziyyət çəkirsə, bu zaman uşağın allergiyaya məruz qalma riski artır. Hal-hazırda körpələrin 20-30%-i allergiyadan əziyyət çəkir. Allergiyalar müxtəlif formalarda özünü büruzə verə bilər. Körpədə allergiyanın əmələ gəlməsi bir çox amilərdən asılıdır. Amillərdən biri körpənin həyatının ilk aylarında qəbul etdiyi qidadır.
Allergiyanın inkişafında həlledici rolu südlü zülal oynayır.