Ana südü Sizin körpəniz üçün ən ideal qidadır, çünki o, körpəni lazım olan bütün qida maddələri ilə təmin edir. Buna görə də döşlə qidalanma ən dəyərli qidalandırma üsuludur. O körpənizi bütün infeksiyalardan, eləcə də allergiyadan qoruyur və ana –uşaq münasibətini stimullaşdırır. HiPP döşlə qidalandırmanın analar və uşaqlar üçün xeyirli olduğundan əmindir və Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə qidalanma ilə bağlı tövsiyyələrini dəstəkləyir.
Ana südü və döşlə qidalanma bölməsində döşlə qidalanmanın faydaları, həmçinin döşlə qidalanma haqqında məlumat və məsləhət ala bilərsiniz. Körpənin tez-tez döşə qoyulması südün axınını artırır və bu zaman döşlə qidalanma balanslaşmış olur.
Əgər körpənizi döşlə qidalandırmamağa və ya döşlə birlikdə əlavə süd qarışığı ilə qidalandırmağa qərar vermisinizsə, bu, ana südü ilə qidalandırmanın nəticəsinə mənfi təsir göstərə bilər. Döşlə qidalandırmama qərarı aldıqdan sonra geriyə addım atmaq çox çətin ola bilər. Ona görə də bu qərarı almamışdan əvvəl uşaq həkimi ilə məsləhətləşin. Əlavə süd qarışığı istifadə edən zaman qablaşdırmanın üzərindəki göstərişlərə dəqiq əməl edin. Yanlış hazırlanma qaydası körpənizin sağlamlığına mənfi təsir göstərə bilər.