Ana südü ilə qidalanma
Körpə nə zaman və neçə dəfə qidalanmalıdır?
Uşaq ac olarkən, onu hər dəfə döşə qoyun. Onu həmçinin qidaya ehtiyacı olduqda da yedizdirn. Və beləliklə, gün ərzində sizin orqanizminizə bir neçə dəfə lazımi miqdarda süd daxil olacaq. Körpənizin iştahı artıqca onun təlabatı da artacaq. Bu südün artımını stimullaşdırcaq və sizin orqanizm də artan təlabata uyğunlaşacaq. Anada süd artıqca qidalanma arası fasilələr artır.
Mənim körpəm kifayyət qədər süd içirmi?
Sizin uşağınızın qəbul etdiyi südün miqdarı dəyişə bilər: qidalanmadan qidalanmaya, və gündən günə.
Körpənizin kifayət qədər ana südü ilə qidalanmasının əlaməti – gün ərzində dörd-beş dolu körpə bezinin olmasıdır. Eyni zamanda periodik olaraq Siz körpənizi çəkə bilərsiniz.
Körpə uşaqların ana südündən qarışıqlara keçid: nə zaman və necə?
Döşdən ayrılma vaxtının şərt qaydaları yoxdur. Gərək ana və uşaq yeni vəziyyətə uyğunlaşsınlar, bu isə onlarda müxtəlif cür baş verir. Sizin təşəbbüsünüzdən və ya sizin uşağınızdan asılı olmayaraq, körpənizin döşdən tədricən ayrılması həmişə hər iki tərəf üçün daha sadə və asandır, nəinki gözlənilmədən. Əgər siz uşağı döşdən (süddən) ayırmaq istəyirsinizsə, biz sizə bunu tədricən və sakit şəkildə etməyi tövsiyyə eirik. Döşlə əmizdirməni bir-birinin ardınca süd qarışıqlarla əvəz edəndə xoşagəlməz hisslər olmadan siz südün miqdarını getdikçə azalmasında kömək edirsiz.
Bundan əlavə, sizin uşağınız tədricən digər qida növlərinə öyrənəcək və daha çox diqqət və nəvaziş ala biləcək.