İçilməli qarışığın miqdarı
Mənim körpəm şüşə qabı dibinə qədər içməlidir?
Körpənin iştahı daimi ola bilməz və hər bir uşağın öz təlabatı var. Qutuda göstərilən qarışığın miqdarı-uşaqların müvafiq yaşı üçün orta göstəricisidir. Çünki uşaqlar onların nə qədər qidaya ehtiyacı olduğunu yaxşı bilirlər, onlar istifadə edəcəkləri qarışığın miqdarını özləri tənzimləyirlər.
Beləliklə, əgər uşaq şüşə qabı axıra qədər içməyibsə, Siz narahat olmayın. Bu yalnız ona işarədir ki, Sizin körpəniz toxdur. Hazır qarışıq qalıqları yenidən qidalanma üçün istifadə edilə bilməz.
Gün ərzində mənim körpəmə neçə şüşə qab qarışıq lazımdır?
Ana südü ilə bəslənən körpələrin, eləcə də süd qarışığı ilə qidalanan uşaqların gün ərzində qəbul etdiyi südlü qarışıqların miqdarı xeyli fərqli ola bilər. Bundan başqa, gün ərzində şüşə qabın miqdarı körpənin yaşından asılıdır və bu, əlavə qidanı qəbul etdikcə azalır. Tövsiyyələri Siz HİPP-in südlü qarışıqlarının müvafiq bağlamasında tapa bilərsiz.