Şüşə qabla qidalanma- bunu necə dadlı etmək olar!
Süni və qarışıq qidalanma ilə qidalanan körpələr qida ilə orqanizmin inkişaf mərhələsində lazımi maddələr almalıdırlar. Bu zaman uşaq qidasının düzgün hazırlanması çox vacibdir.
Süni və qarışıq qidalanma ilə qidalanan körpələrin ana südü ilə qidalanan körpələr kimi, eyni sevgiyə və qayğıya ehtiyacları var. Uşağı qidalandıranda ana südü ilə qidalandırdığınız kimi qucağınıza götürün və göz ilə təmas qurmağa cəhd edin, beləliklə, sizin körpəniz doymuş və xoşbəxt olacaq.
Optimal hazırlanma
Körpə üçün südlü qarışığı hazırlayarkan qutunun üzərində olan təlimatlara həmişə ciddi riayət edin. Qeyd olunan qarışığın və suyun miqdarına ciddi nəzarət edin. Bundan başqa gigiyena qaydalarına riayət edin, çünki uşaqların immun sistemi tam formalaşmayıb: qarışığı bilavasitə qidalanmadan əvvəl hazırlayın. Əllər, ölçü qaşığı və şüşə qabın bütün hissələri tam quru və təmiz olmalıdır. Qarışığı hazırlamaq üçün suyu həmişə qaynadın.
Düzgün temperaturda hazırlanmış qida ilə həzz
Siz körpənizə şüşə qabda qarışığı verən zaman, onun temperaturu 37°C-dən yuxarı olmamalıdır (qidalanma temperaturu). Nəzarət üçün südün bir neçə damcısını biləyinizin daxili hissəsinə damcıldadın: süd ilıq olmalıdır. Sizin uşağınızın qəbul etdiyi qarışığın miqdarı körpənizin iştahına və günün vaxtına görə dəyişir. Qoy sizin uşağınız doyana qədər içsin. Əgər qidalanmadan sonra qarışıq qalıbsa, onu atın. Həll olunmuş qarışığın təkrar istifadəsi məsləhət görülmür.
Təmiz əmziklər- sağlam uşaqlar
Şüşə qabı və əmziyi hər istifadədən sonra diqqətlə yuyun. Vaxtaşırı rezin əmzikləri qaynadın (silikon əmzikləri qaynatmayın). Qarışığı ölçmək üçün qutuda olan ölçü qaşığından istifadə edin. Ölçü qaşığını yumaq və sterilizasiya etmək lazım deyil. Ölçü qaşığını istifadə edəndən sonra təmiz mətbəx dəsmal ilə təmizləyin, təmiz və quru yerdə saxlanmsına nəzarət edin.