Xüsusi qidalanma
HİPP Anti Reflux südlü qarışığı körpəyə nə zaman vermək məsləhətdir?
Bir çox uşaqlar yeməkdən sonra bir az süd qaytarırlar. Bu normaldır və Sizi narahat etməməlidir, əgər uşağınız özünü yaxşı hiss edirsə, böyüyür və inkişaf edir.
Əgər, Sizin uşağınız tez-tez və çox miqdarda qaytarırsa, siz öz həkiminizə müraciət edin. O, sizin körpənizə diyetik qida, məsələn, HİPP Anti-Reflux südlü qarışıq haqqında məlumat verəcək.
HİPP Antireflux südlü qarışığa xüsusi maddə-sümsü ağacın qatranı əlavə olunub. Bu maddə şişəndə qarışığı qalın və qatı edir, mədədə qida tərkibini daha yaxşı ləngidir. Beləliklə, mədədə olan qidanı boruya qaytarmağın qarşısını alır.
Xüsusi qidanı uşaq həkimi təyin etməlidir.
Diyetik qida olan HİPP Comfort hansı uşaqlar üçün nəzərdə tutulmuşdur?
Həyatının ilk aylarında uşağın bağırsağı hələ çox həssasdır. Buna görə körpədə tez-tez mədə-bağırsaq pozğunluqları: köp, sancı və qəbizlik baş verir. Təcrübə göstərir ki, körpəyə yaxınlıq, gündəlik həyatda sakitlik, qarının masajı və gəyirmək həzmin pozğunluqlarını aradan qaldırmağa kömək edir. Adatən pozğunluqlar özləri keçib gedir. Qəbizlik zamanı düzgün qidanın dozalanmasına diqqət yetirin.
Əgər sizin uşağınız onun güclü ağlamağı ilə müşayiət olunuan həzm pozğunluğundan əziyyət çəkirsə, bu diyetik qida simptomlarının azalmasına kömək edə bilər.
Diyetik qida olan HiPP Comfort öz xüsusi tərkibinə görə həzmi tənzimləyir, nəcisinin yumuşalmasına təsir göstərir, köp və qəbizlik zamanı kömək edir.
HiPP Comfort diyetik qidanı körpənizə verəcəyinizi pediatrla məsləhət alandan sonra öyrənəcəksiz. Diyetik qida ilə qidalanma yalnız həkimin nəzarəti altında idarə olunmalıdır.
Allergiyaya meylli olan uşaqlara HİPP-in diyetik qidası uyğundurmu?
Burada müxtəlif baxımdan HİPP-in diyetik qidasının hər iki növü nəzərə alınmalıdır. Zülalın komponentlərinin parçalanması səbəbinə görə HİPP Comfort diyetik qida allergiyanın porfilaktikasına uyğundur.
HİPP AR südlü qarışıq tamamilə başqa məsələdir. Onun tərkibində bütov zülal olduğu üçün həyatının ilk 6 ayında onu allergiyaya meyilli olan körpələrə vermək olmaz. İlk 4-6 ayında rəsmi tövsiyyələrə uyğun olaraq yüksək allergiya riski olan körpələri yalnız ana südü ilə və /və ya hidrolizə olunmuş (=hissəvi parçalanmış) zülal ilə qidalandırmaq olar.
Bu məsələni və atacağınız növbəti addımları uşaq həkiminzlə müzakirə edin.
Əgər körpəm tez-tez qaytarır və eyni zamanda köpdən əziyyət çəkirsə, bu zaman hansı qidanı tövsiyə edirsiniz?
Əgər sizin körpənizdə həzm problemləri varsa, eyni zamanda tez-tez qaytarırsa, biz məsləhət görərdik ki, bu problemi uşaq həkiminizlə müzakirə edəsiniz. O sizin uşağınızı tanıyır və vəziyyəti daha yaxşı qiymətləndirər. O, hansı qidanın körpənizin ehtyaclarına cavab verdiyi barədə düzgün qərar qəbul edə bilər. Adətən həzm pozğunluğu daha kəskin problemdir. Lakin belə problemləri fərdi qaydada həll etmək lazımdır.
Mən HİPP diyetik qidanı, HİPP-in körpələr üçün qidası ilə birlikdə verə bilərəmmi?
HİPP-in diyetik qidası ilə birlikdə HİPP-in körpələr üçün olan qidasını uşağa vermək olar. Hər bir halda pediatr qərar qəbul edib müvafiq tövsiyə verməlidir.
Nəzərə almaq lazımdır ki, köpün, qəbizliyin və ya tez-tez qaytarmaların yunğulləşməsi xüsusi tərkibli qida ilə bağlıdır. Qaytarmağa meyilli uşaqda, xüsusilə qatı tərkibli südlü qarışıq HİPP Anti -Reflux mədədə qidanın qalığını yemək borusuna qaytarmağın qarşısını alır. Əgər növbəti qidalanma zamanı südəmər körpələr üçün adi qida istifadə olunursa, onun effekti Anti-Reflux qarışığınınkı kimi olmayacaq.